Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Uşaqların anidən boğulmasına səbəb nədir?

    3 days ago

    Zamanla yenidoğulan uşaqların anidən boğularaq vəfat etməsi xəbəri ilə rastlaşırıq. Maraqlıdır, yenidoğulan uşaqlarda boğulma hadisəsi niyə baş verir?  Pediatr Mətanət Əliyeva Hit.az-a deyb ki, bəzən valideynlərin savadsızlığı və səhlənkarlığı körpələrin ölümü ilə nəticələnir:  “Məsələn, uşağa süd verərkən ananın yuxuya getməsi və mexaniki olaraq, körpənin boğulması, qida və qusuntu kütlələrinin uşağın nəfəs borusunu qapaması, hətta uşağın yuxudakı pozası da qəfləti ölümə səbəb ola bilər. Həmçinin, uşağı nəzarətsiz olaraq üzü üstə və ya arxası üstə uzandırmaq çox təhlükəlidir. Körpələr gecə sağ və sol tərəf üstündə yatırılmalıdır, əks halda mexaniki boğulma  baş verə bilər.Tənəffüs çatışmazlığı sindromu yarımçıq doğulmuş uşaqlarda da ölümə səbəb olur. Xəstəxanada müalicə olunmasına baxmayaraq, çox zaman onlarda ağ ciyərlər öz funksiyasını tam yerinə yetirə bilmədiyindən körpənin həyatını xilas etmək mümkün olmur. Erkən neonatal ölümün səbəbləri sırasına anadangəlmə ürək qüsurları da daxildir. Belə hallarda çox vaxt cərrahi müdaxilə tələb olunur, lakin yenidoğulmuşun vəziyyəti həmişə buna imkan vermir”. Sevinc
    Click here to Read more
    Prev Article
    Milli Depozit Mərkəzi və Unicapital media nümayəndələri üçün təlim keçirib
    Next Article
    XİN: Avropa Şurası komissarının qərəzli bəyanatını qətiyyətlə rədd edirik

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment