Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər (VİDEO)

    3 hours ago

    Dövlətə məxsus "Asan finans" sistemi vasitəsilə banklar vətəndaşların maaş və borcları başda olmaqla bir çox şəxsi məlumatlarını sorğulayırlar. Bu da tez-tez müzakirələrə və narazılıqlara səbəb olur. "Xəzər Xəbər" vətəndaşların şəxsi məlumatlarından istifadə ilə bağlı mövcud vəziyyəti və bu məlumatları sorğulamağın qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını araşdırıb. Mütəxəssislər bildirirlər ki, bu, "ASAN finans" platforması əsasında baş verir. Bu platforma biznesmenlərin və vətəndaşların lazım olan informasiyasını əldə etmək üçün yaradılıb. Banklar da bu platforma vasitəsilə müştəridən ərizə istəmədən lazım olan məlumatları yerindəcə əldə etmək imkanı qazanır. Amma "Fərdi məlumatlar haqqında" qanununa əsasən, fiziki və hüquqi şəxslər barədə məlumatları əldə etməzdən əvvəl onlardan razılıq alınmalıdır.. İKT mütəxəssisi Fərhad Əliyev bildirir ki, vətəndaşlar fərdi məlumatlarının qorunmasını özləri həyata keçirə bilərlər. Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən isə bildirildi ki, vətəndaş məlumatlarının qanunsuz sorğulanması ilə bağlı məhkəməyə müraciət edə və bankdan təzminat tələb edə bilər. Ekspertlər deyirlər ki, vətəndaşların öz hüquqlarını bilmələri üçün "Fərdi məlumatlar haqqında" qanunla tanış olmaları məsələhətdir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 
    Click here to Read more
    Prev Article
    "Bitcoin" 101 min dollar oldu - Kriptovalyutaların qiyməti artır
    Next Article
    Shakhtar Donetsk - Arda Turan görüşmesinde yeni gelişme!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment