Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Xabi Alonso "Real" üçün doğru seçimdir? - RƏY

    1 day ago

    "Xabi Alonsonun "Real Madrid" üçün doğru seçim olduğunu düşünürəm".  Bu sözləri Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında deyib.  O bildirib ki, Xabi Alonsonun baş məşqçi postuna gətiriləcək olması vaxtında və yerində verilmiş bir qərardır: "Karlo Ancelloti böyük uğurlar qazanaraq "Real Madrid"in tarixinə keçmiş baş məşqçidir. Lakin onun da artıq müəyyən işlərinin öhdəsindən gələ bilmədiyi görünür. Ona görə də Ancelloti ilə yolların ayrılması lazım idi". Ekspert qeyd edib ki, Xabi Alonso "Bayer Leverkusen"də gördüyü işlərlə özünü sübut etmiş məşqçidir: "O, nə vaxtsa böyük klublarda işləməli idi. Bu, "Bavariya", "PSJ" və ya "Real Madrid" ola bilərdi. Alonsonun "kral klubu" seçimi də doğru sayılır. Çünki artıq bir addım irəli atmaq lazımdır. Həmçinin, "Real Madrid"in də Karlo Ancelloti kimi mütəxəssisdən sonra gənc və enerjili məşqçiyə ehtiyacı var.  Xabi Alonso futbolçu kimi də çox böyük uğurlar qazanıb. O, futbolçuları idarə etməyi də çox gözəl bacaracaq. Nəzərə almaq lazımdır ki, Alonso "Real"ın əfsanələrindən biridir. Klubun fəlsəfəsini, nələrin tələb olunduğunu yaxşı bilir". Mütəxəssisin sözlərinə görə, Alonso heyətdəki futbolçuların potensialından maksimum şəkildə istifadə edə bilər: "Ancelloti nəticəyə meyilli futbol oynadırdı. Alonso isə uzunmüddətli qələbələr gətirə biləcək yeni bir sistem qura bilər. Düzdür, bunun üçün ona vaxt lazım olacaq, amma ən azından bu işi görə biləcəyini "Bayer"də sübut edə bilib. Xabi Alonso müasir və intensiv futbol oynadır. "Real Madrid" rəhbərliyi düzgün transferlər edəcəyi təqdirdə, Alonso sistemi ilə klubda uzunmüddətli uğur qazana bilər".  Pərviz
    Click here to Read more
    Prev Article
    Tramp Əhməd əş-Şaraa ilə görüş keçirir
    Next Article
    Leyla Əliyeva Naxçıvanda – VİDEO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment