Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Xaricdən 3,4 manata alınan şabalıd bizə 10 manatdan baha satılır

    4 days ago

    2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana 741,85 ton qabıqlı şabalıd idxal olunub.  Valyuta.az statistik mənbələrə istinadən xəbər verir ki, şabalıd idxalı 1702,37 min ABŞ dolları təşkil edib.  Məlumata görə idxalın həyata keçirildiyi ölkələr Çin və Gürcüstan olub.  Belə ki, Çindən Azərbaycana 722,98 ton şabalıd idxal olunub. Bu idxalın həyata keçirilməsi üçün 1664,63 min ABŞ dolları xərclənib. Rəqəmlər onu deməyə əsas verir ki, bu ölkədən bir kiloqram qabıqlı şabalıd 2,4 dollara və ya 3 manat 91 qəpiyə alınıb.  Gürcüstandan isə 37,74 min ABŞ dolları dəyərində 18,87 ton qabıqlı şabalıd idxal olunub. Bu ölkədən gətirilən 1 kiloqram  qabıqlı şabalıdın qiyməti 2 dollar və ya 3 manat 40 qəpik olub. Azərbaycan bazarında isə qabıqlı şabalıd növünə görə müxtəlif satış məntəqələrində fərqli qiymətlərlə təklif olunur. Məhsulun kiloqramı 12-15 manat aralığında təklif olunur. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Prorektor işdən çıxarıldı - Yeni təyinat
    Next Article
    Qohumlarını "ASAN xidmət"ə işə düzəltmək adı ilə aldadan qadının cəzası dəyişdirildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment