Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Xarici ticarətlə məşğul olan sahibkarlara 8%-dən başlayan kredit imkanı

    16 hours ago

    "Xalq Bank" ASC beynəlxalq ticarətlə məşğul olan sahibkarlar və şirkətlər üçün akkreditiv təyinatlı kredit xətti məhsulu təklif edir. Finss.az xəbər verir ki, bu məhsul xarici ticarət əməliyyatlarının risksiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir. Kredit xətti 500 000 AZN və ya 300 000 ABŞ dolları məbləğində müəyyən edilir. Akkreditiv üzrə ödəniş tarixindən etibarən 4 ay müddətinə verilir. Faiz dərəcəsi manatla 8%, dollarla isə 4% təşkil edir. Bu məhsul sahibkarlara aşağıdakı üstünlükləri təqdim edir: Ənənəvi kreditlərlə müqayisədə daha aşağı faiz dərəcəsi və ucuz maliyyə resursu; Faiz ödənişlərində əldə olunan qənaət; Yalnız fakt əsasında ödəniş edilməsi nəticəsində satıcı ilə daha sərfəli şərtlərlə razılaşmaq imkanı; Malın çatdırılması və müqavilənin icrasına nəzarət imkanları ilə ticarət risklərinin azaldılması. Akkreditiv mexanizmi alıcının maraqlarını qorumaqla yanaşı, satıcıya da ödəniş zəmanəti yaradır. "Xalq Bank" bu məhsulla yerli və xarici tərəfdaşlar arasında etibarlı maliyyə aləti təqdim edərək, beynəlxalq ticarət münasibətlərində sabitliyi və şəffaflığı artırmağa çalışır. Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/kreditler/kampaniyalar/333 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    “Üfüq” Karyera İnkişaf Proqramının 3-cü mərhələsinin nəticələri elan olunub
    Next Article
    Bakıda II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi keçiriləcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment