Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 10-cu iclası keçirilib

    6 hours ago

    Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) onuncu iclası keçirilib. Finss.az xəbər verir ki, danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – Samir Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – Əlirza Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Zülfiyyə Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – Mixail Petrakov) və Türkmənistan (nümayəndə heyətinin rəhbəri – Murad Atacanov) nümayəndə heyətləri iştirak ediblər. İclasa Rusiya nümayəndə heyətinin rəhbəri M. Petrakov sədrlik edib. Tərəflər Xəzər dənizində əsas düz xətlərinin müəyyən edilməsi metodologiyasının müzakirəsini davam etdiriblər. İclas zamanı tərəflər Xəzər dənizində əməkdaşlığa dair məsələləri nəzərdən keçirib və xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər. YSİQ-nin növbəti iclası diplomatik kanallar vasitəsilə razılaşdırılmış tarixlərdə Türkmənistanda keçiriləcək. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    MDM fond bazarının inkişafı üçün investisiya şirkətləri ilə görüş keçirib
    Next Article
    Penta Teknoloji, 2025’in ilk Çeyreğinde Kârlılığını ve Cirosunu Artırdı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment