Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks!

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Yeganə” şadlıq sarayının rəhbərinə protokol yazıldı, məhkəmə icraata xitam verdi

    5 hours ago

    Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi “Yeganə” şadlıq sarayının rəhbəri Şahin Səfərov barəsində inzibati protokol tərtib edib. Valyuta.az xəbər verir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddə ilə ittiham irəli sürülüb. İnzibati xətanın mahiyyəti ondan ibarətdir ki, şadlıq sarayının üzərinə müvafiq icazə olmadan reklam yerləşdirilib. İdarə bu qanunsuzluğun aradan qaldırılması üçün şadlıq sarayının rəhbərliyinə vaxt versə də, nəticəsi olmayıb. Bu baxımdan, qurum şadlıq sarayının rəhbərini inzibati məsuliyyətə cəlb edib. İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Şahin Səfərovu təqsirli bilsə də, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh tətbiq edilməyib. “Yeganə” şadlıq sarayı “Yeganə Palace” MMC kimi qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Şahin Səfərovdur. Şahin Səfərovun özü də vergi ödəyicisidir. Yeri gəlmişkən, hazırda onun 848,78 manat, “Yeganə Palace” MMC-nin isə 60 879,81 manat vergi borcu var. Hüseyn
    Click here to Read more
    Prev Article
    Kino Agentliyinə baş direktor təyin edildi
    Next Article
    May ayında neçə gün iş olmayacaq?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment