Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

    24 minutes ago

    Yeni seçilən Papa XIV Lev bu gün Vatikan şəhərində keçirilən rəsmi intronizasiya mərasimində and içərək vəzifəsinin icrasına rəsmən başlayıb.  Valyuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, mərasim zamanı "balıqçının üzüyü" adlandırılan ənənəvi Papa üzüyünü taxıb. AFP agentliyi bildirir ki, bu, 1963-cü ildən bəri keçirilmiş ən təntənəli Papa intronizasiya mərasimidir. Meydanın ətrafında snayperlər yerləşdirilib, hava məkanına dron əleyhinə sistemlər quraşdırılıb və təhlükəsizliyi təmin etmək üçün minlərlə polis əməkdaşı cəlb olunub. Yeni pontifik, kardinalların müşayiəti ilə meydana daxil olarkən minlərlə insan tədbiri nəhəng ekranlardan izləyib. Papa bir uşağı öpmək üçün "Papamobil"ini qısa müddətə dayandırdıqda izdihamdan "Viva il Papa!" (Yaşasın Papa!) səsləri yüksəlib. İlk mesaj: Birlik çağırışı Papa XIV Lev çıxışında Katolik kilsəsində dini təbliğat və güc oyunlarına yer olmadığını vurğulayıb, birlik çağırışı edib. Bu fikirlər, müşahidəçilər tərəfindən onun sələfi Fransiskin dövründə islahatçılarla mühafizəkarlar arasında baş verən gərginliyə üstüörtülü istinad kimi dəyərləndirilib. O, həmçinin qlobal iqtisadi sistemin dünyada ən yoxsul təbəqələri istismara məruz qoymasını tənqid edib və çıxışında bu ədalətsizliyə qarşı mövqe sərgiləyib. Ukrayna və Qəzza mesajı Pontifik nitqinin sonunda Ukraynaya "ədalətli və davamlı sülh" arzusunu ifadə edib, həmçinin "uşaqların, ailələrin, yoxsulların və sağ qalanların aclığa məhkum edildiyi" Qəzza zolağındakı vəziyyətə də dualar göndərib. Papa təvazökar bir üslubla danışaraq, bu rola şəxsi keyfiyyətlərinə görə deyil, "imanınızın və sevincinizin xidmətçisi olmaq istəyən bir qardaşınız kimi" seçildiyini bildirib. "Balıqçının üzüyü" və onun simvolik mənası Tədbirdə Papa Katolik kilsəsinin ilk Papası hesab edilən və peşəsi balıqçılıq olan müqəddəs Pyotrun suya tor atmasını təsvir edən qabartması olan ənənəvi üzüyü də qəbul edib. Üzük Luis Antonio Gokim Taqle adlı filippinli kardinal tərəfindən XIV Levin barmağına taxılıb. Bu üzük Papanın şəxsi möhürünü daşıyır və rəsmi sənədlərin təsdiqi üçün istifadə olunur. Katolik kilsəsinin qaydalarına görə, hər bir Papa vəfat etdikdən sonra onun üzüyü məhv edilir və yeni seçilmiş pontifik üçün yenisi hazırlanır. Son məlumatlara görə, bu üzüyün dəyəri təxminən 520 min ABŞ dolları təşkil etsə də, kilsə üçün onun mənəvi və simvolik əhəmiyyəti maddi dəyərdən qat-qat yüksəkdir.  
    Click here to Read more
    Prev Article
    Fatih Erbakan’dan flaş tepki: Ankara’da istemiyoruz!
    Next Article
    İlhan Ekşioğlu'ndan Ali Koç'a tepki: 'Geri dönmemek üzere topunuz istifa edin'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment