Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

    4 hours ago

    Yunanıstan hökuməti Afinadakı Akropolis abidəsi üzərində baş tutan və "Adidas" brendinin reklamını ehtiva edən dron şousuna görə məhkəmə iddiası qaldırıb. Valyuta.az xəbər verir ki, görüntülərdə UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Akropolis üzərində "Adidas" loqosu və "Feel Fast" (özünü sürətli hiss et) şüarı ilə dron şousu nümayiş olunub. Şou zamanı dronlar brendə məxsus idman ayaqqabısı formasını alıb. Yunanıstanın mədəniyyət naziri Lina Mendoni bildirib ki, bu aksiya Mədəniyyət Nazirliyinin icazəsi olmadan həyata keçirilib və kommersiya məqsədilə qədim abidənin qanunsuz istifadəsidir. Nazir vurğulayıb ki, hadisə milli qanunlara ziddir və məsul şəxslər barəsində məhkəmə iddiası qaldırılıb. Sosial mediada bir çox Afina sakini baş verənlərə etiraz edib və "Adidas"ın boykot edilməsinə çağırışlar səsləndirilib. "Adidas" isə məsələ ilə bağlı açıqlamasında bütün icazələrin alındığını və Akropolis görüntüsündən reklam məqsədilə istifadə olunmadığını bildirib. Hazırda Mədəniyyət Nazirliyi hadisənin detallı araşdırmasını aparır. Qeyd edək ki, bir neçə həftə əvvəl Yunanıstan hökuməti rejissor Yorqos Lantimosun Akropolisdə film çəkmək istəyi ilə bağlı müraciətinə mənfi cavab vermişdi. Daha ətraflı "The Guardian" saytının videogörüntüsündə:
    Click here to Read more
    Prev Article
    Elton John brands government 'absolute losers' over AI copyright plans
    Next Article
    Bu bürclərin gözü aydın - Kainat sizi sevindirəcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment