Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Zaqatalada internat məktəbinin bağlanma səbəbi məlum oldu

    2 hours ago

    Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın bağlanmasının səbəbi məlum olub. Valyuta.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat verib. Məlumatda qeyd olunub ki, tədrisin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaqlarla işin təşkili məqsədilə adıçəkilən məktəbin liseyə çevrilməsi planlaşdırılır: "Bildiririk ki, dəyişiklik nəticəsində təhsilalanların təhsilalma hüququ tam təmin ediləcək, pedaqoji heyətin ixtisarı həyata keçirilməyəcək". Xatırladaq ki, 2024-ci ildən bağlanan internat tipli gimnaziyanın liseyə çevriləcəyi ilə bağlı məlumat yayılandan sonra məktəbin müəllim və valideyn kollektivi aksiya keçiriblər. Onlar bildiriblər ki, internatda valideynlərini itirmiş və tək valideynli uşaqlar imtiyazlı təhsil alırdılar. Lakin liseydə onlar bu imtiyazlardan faydalana bilməyəcəklər.
    Click here to Read more
    Prev Article
    Cyberpunk 2077'nin Nintendo Switch 2'de Nasıl Görüneceği Ortaya Çıktı [Video]
    Next Article
    “Ehtimallar çoxdur, hərə bir söz danışır” - Elgünün yaxınları -

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment