Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    10 min abituriyent buraxılış imtahanlarından ŞİKAYƏT EDİB

    10 hours ago

    Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan sonra nəticələrlə bağlı narazılıq yaranarsa, iştirakçılar üçün apellyasiya hüququ mövcuddur. Bu proses imtahan nəticələrinin yenidən qiymətləndirilməsi və mümkün texniki və ya qiymətləndirmə səhvlərinin aradan qaldırılması məqsədi daşıyır. Apellyasiya müraciəti yalnız imtahanda şəxsən iştirak etmiş və nəticələri elan olunmuş şəxslər tərəfindən edilə bilər. Müraciəti həmçinin həmin şəxsin valideyni və ya qanuni nümayəndəsi də təqdim edə bilər. Bu hüquq istər ali məktəblərə qəbul, istər buraxılış, istərsə də dövlət qulluğuna qəbul imtahanlarında tətbiq edilir. Apellyasiya müraciəti cavab vərəqində iştirakçının cavabı qiymətləndirilməyibsə, avtomatik yoxlamada texniki səhvə yol verildiyi ehtimal olunursa və açıq tipli sualların (inşa, esse və s.) qiymətləndirilməsi ilə razılaşılmırsa, əsaslı hesab olunur. Müraciət zamanı konkret suallar və iştirakçının nəyə görə həmin qiymətləndirmə ilə razılaşmadığı aydın şəkildə əsaslandırılmalıdır. DİM bildirir ki, bəzi müraciətlər apellyasiya komissiyası tərəfindən baxılmadan geri qaytarılır. Bura sualın çətinliyi və ya quruluşu ilə bağlı etirazlar, imtahan nəticəsi rəsmi olaraq elan edilməmiş mərhələdə edilən müraciətlər, imtahan qaydalarının pozulması səbəbilə nəticəsi etibarsız sayılan şəxslərin müraciətləri və şəxsi vəziyyətlə (stress, vaxt çatışmazlığı və s.) bağlı əsaslandırmalar daxildir. İmtahan nəticələri açıqlandıqdan sonra 1-3 iş günü ərzində apellyasiya üçün müraciət edilə bilər. Proses elektron qaydada, DİM-in rəsmi internet səhifəsində yerləşən şəxsi kabinet vasitəsilə həyata keçirilir. Açıq tipli suallar üzrə müraciətlər zamanı apellyasiya komissiyası ilə üzbəüz görüş də mümkündür. Belə hallarda iştirakçıya dəqiq vaxt və tarix bildirilir. Valyuta.az Modern.az-ın Dövlət İmtahan Mərkəzindən aldığı məlumata istinadən xəbər verir ki,  bu il 2 və 9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanın nəticələri elan edildikdən sonra ümumilikdə 10 min 981 nəfər apellyasiya müraciəti edib. Onlardan 6305-i 2 mart, 4676-sı isə 9 mart tarixində keçirilən buraxılış imtahanında iştirak edənlərdir.  Qeyd edək ki, apellyasiya baxışından sonra abituriyentlərin ballarındakı dəyişiklik may ayının sonunadək sistemdə görünəcək.
    Click here to Read more
    Prev Article
    DİN-dən kiberdələduzluqla bağllı əhaliyə MÜRACİƏT
    Next Article
    Azərbaycanda rektorlar neçə prorektorla işləyirlər? (SİYAHI)

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment