Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    DİN-dən kiberdələduzluqla bağllı əhaliyə MÜRACİƏT

    11 hours ago

    DİN kiberdələduzluqla bağllı əhaliyə müraciət edib. Valyuta.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təhlükəsizlik səbəbilə bank kartı məlumatlarını heç kimlə paylaşmaq olmaz: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7000, 2000, 1500, 1013, 675, 600, 350, 323, 300, 220, 170, 128 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
    Click here to Read more
    Prev Article
    Bu ülkelerdeki gelir oranları Türkiye'yi geride bıraktı: 'Sadece Bulgaristan'ı geçebildik'
    Next Article
    10 min abituriyent buraxılış imtahanlarından ŞİKAYƏT EDİB

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment