Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    500 min manatdan yuxarı məbləğlər üzrə illik 13%-dən başlayan kreditlər

    42 minutes ago

    Dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Bank, Azərbaycanda iri biznes subyektlərinə yönəlmiş korporativ kredit məhsulları ilə maliyyə sektorunda aktiv rol oynayır. Bank ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin ehtiyaclarını qarşılamaq üçün geniş çeşiddə və fərdiləşdirilmiş maliyyə həlləri təklif edir. Finss.az xəbər verir ki, Ziraat Bank-ın təqdim etdiyi korporativ kredit məhsulunun əsas üstünlükləri sırasına böyük məbləğlərdə kreditlərin rəsmiləşdirilməsi, uzunmüddətli ödəniş imkanları, güzəştli şərtlər və şirkətə uyğun fərdi yanaşma daxildir. Bu imkanlar, müəssisələrin dayanıqlı maliyyə strukturunu formalaşdırmasına və böyümə strategiyalarını reallaşdırmasına şərait yaradır. Kredit şərtləri üzrə əsas göstəricilər belədir: 500 000 AZN-ə qədər olan kreditlər üzrə illik faiz dərəcəsi 15%-dən başlayır və 18%-ə qədər dəyişə bilər; 500 000 – 1 500 000 AZN arası kreditlərdə faiz 14%-dən başlayır, maksimum 15.5%-dir; 1 500 000 AZN-dən yuxarı məbləğlər üzrə isə 13%-dən başlayan faizlər 14.5%-ə qədər yüksələ bilər. Kredit müddətindən asılı olaraq, faizlər də uyğunlaşdırılır. Məsələn, 12 aylıq kreditlər üçün 13%-dən başlayan, 36 ay və daha uzun müddət üçün isə daha sərfəli faizlərlə təklif edilən modellər mövcuddur. Qeyd edək ki, kreditlər üçün nağd vəsaitin təminatı tələb olunur. Əmanət təminatı ilə təqdim edilən biznes kreditləri əlavə olaraq 3% faiz bəndi və 1% xidmət komissiyası ilə verilir. Ziraat Bank Azərbaycan, korporativ müştərilərin inkişafına dəstək olmaq məqsədilə kredit məhsullarını müştəri tələblərinə uyğunlaşdıraraq əlverişli və güvənli maliyyə həlləri təqdim edir. Ətraflı məlumat və müraciət üçün: //ziraatbank.az/az/korporativ-kredit Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Milli Məclis Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verib
    Next Article
    Real pul axını olan sahibkarlar üçün sərfəli kredit paketi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment