Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Real pul axını olan sahibkarlar üçün sərfəli kredit paketi

    5 hours ago

    Kiçik və orta sahibkarlar üçün maliyyə imkanlarını artırmaq məqsədilə Expressbank ASC biznes kreditləri üzrə yeni şərtlər təqdim edir. Finss.az xəbər verir ki, Expressbank-ın təqdim etdiyi biznes krediti məhsulu sahibkarlara sərfəli şərtlərlə geniş maliyyə dəstəyi təklif edir. Kreditin əsas üstünlükləri arasında 60 ayadək müddət, 5 milyon manatadək məbləğ və 12%-dən başlayan illik faiz dərəcəsi yer alır. Bankdan verilən məlumata görə, biznes krediti Azərbaycan manatı, ABŞ dolları və ya avro valyutalarında rəsmiləşdirilə bilər. Kreditin minimal məbləği 30 min manat, maksimal məbləği isə 5 milyon manatdır. Güzəşt müddəti isə 24 ayadək müəyyən oluna bilər. Krediti əldə etmək üçün müraciət edən hüquqi və ya fiziki şəxsin minimum 6 ay fasiləsiz fəaliyyət göstərməsi və real pul axınına malik olması tələb olunur. Kreditin təminatı olaraq daşınmaz və ya daşınar əmlak, həmçinin zaminlik formasında girov təqdim edilə bilər. Ödəniş şərtləri sahibkarın istəyindən asılı olaraq annuitet və ya sərbəst qrafik üzrə həyata keçirilə bilər. Bank həmçinin yüksək likvidli təminatla kredit verilməsi imkanını da nəzərdən keçirir. Qeyd edək ki, Expressbank-ın biznes krediti məhsulu, xüsusilə böyüməyə və dövriyyəsini artırmağa çalışan sahibkarlar üçün əlverişli maliyyə alətidir. Ətrfalı məlumat üçün linkə daxil olun. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    500 min manatdan yuxarı məbləğlər üzrə illik 13%-dən başlayan kreditlər
    Next Article
    Azərbaycan qeyri-neft məhsullarını əsasən 5 ölkəyə göndərib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment