Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ABB 7 ilin ən yüksək dividendlərini açıqlayıb: Səhmdarlara 15,6% gəlirlilik

    13 hours ago

    Azərbaycan Beynəlxalq Bankı (ABB) 2024-cü il üzrə əldə etdiyi mənfəətdən səhmdarlarına ümumilikdə 200 milyon manat dividend ödəyəcək. Finss.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına həsr olunmuş mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, dividend ödənişi barədə qərar mayın 7-də keçirilmiş səhmdarların ümumi yığıncağında qəbul olunub və bu göstərici son 7 ilin ən yüksək səviyyəsidir. Bankın hər bir səhminin illik gəlirlilik səviyyəsi 15,6%-ə yüksəlib. Səhmdarlara dividend ödənişi yalnız 5 may tarixinədək səhmlərlə əməliyyat aparan şəxslərə şamil olunacaq. Yekun səhmdar siyahısı 6 may saat 18:00-da Milli Depozit Mərkəzindən götürülüb və ödənişlər may ayı ərzində həyata keçiriləcək. ABB-nin hazırda 30 mindən çox səhmdarı var. Ödəniləcək 200 milyon manatın 184 milyon manatı əsas səhmdar olan dövlətə məxsus olacaq. Bankın nizamnamə kapitalında dövlətin payı 92,18% təşkil edir. A.İbrahimov bildirib ki, son illər ərzində ABB dövlət büdcəsinə və sosial yönümlü layihələrə ümumilikdə 1,6 milyard manat vəsait ödəyib. Bu vəsaitin 1 milyard 40 milyon manatı dividend, qalan hissəsi isə mənfəət vergisi, sosial ödənişlər və digər fiskal ödənişlərdən ibarətdir. 2023-cü ilin nəticələrinə əsasən, dövlət büdcəsinə 110 milyon manat vergi və sosial ödənişlər, mənfəətdən isə 178 milyon manat dividend ödənilib. Bankın maliyyə göstəricilərinə də toxunan sədr bildirib ki, 2024-cü ilin ilk 4 ayında ABB 80 milyon manata yaxın xalis mənfəət əldə edib. Bu dövrdə kredit portfeli 6,5 milyard manata, o cümlədən biznes kreditləri portfeli 3,2 milyard manata çatıb. Bankın xalis əməliyyat gəlirləri 13,6%, kredit portfeli isə 1,3 milyard manat və ya 25,8% artım göstərib. Hazırda Azərbaycan Beynəlxalq Bankında 4 mindən çox əməkdaş çalışır. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    OPEC+ ölkələri gündəlik 411 min barel neft hasilatını artırmağı qərara alıb
    Next Article
    Nvidia: 10 000 dolları 2 milyon dollara çevirmək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment