Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ABŞ-da istehlakçı etimadı azalıb

    11 minutes ago

    Finss.az - May ayında ABŞ-da istehlakçı etimad indeksi əvvəlki ayla müqayisədə 52,2-dən 50,8 bal səviyyəsinə düşüb. Michigan Universitetinin ilkin hesabatına görə, indeks beş ay ardıcıl azalma göstərərək 2022-ci ilin iyunundan bəri ən aşağı səviyyəyə enib. Analitiklərin gözləntiləri isə indeksi 53,4 bal səviyyəsində artım yönündə idi. 2024-cü ilin may ayında indeks 69,1 bal olduğu halda, bu il mayda əhval-ruhiyyədə nəzərəçarpan pisləşmə baş verib. Vaşinqtonun tətbiq etdiyi ticarət rüsumları nəticəsində inflyasiya qorxusunun artması amerikalıların maliyyə vəziyyətinə və iqtisadi gözləntilərinə mənfi təsir göstərir. Sorğu iştirakçılarının üçdə üçü ticarət rüsumlarından narahat olduqlarını bildirib. İstehlakçıların cari maliyyə vəziyyətinə münasibət alt indeksi 2008-ci ildən bəri ən aşağı — 57,6 bal səviyyəsinə enib. Gələcək altı ay üçün iqtisadi gözləntilər indeksi isə 1980-ci ildən bəri ən aşağı — 46,5 bal səviyyəsindədir. Əhalinin inflyasiya gözləntiləri isə mayda 7,3%-ə yüksələrək 1981-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Uzunmüddətli inflyasiya proqnozu da mart 1991-ci ildən bəri ən yüksək — 4,6% səviyyəsindədir. Michigan Universiteti may ayı üçün istehlakçı etimad indeksinin yekun nəticəsini mayın 30-da açıqlayacaq.
    Click here to Read more
    Prev Article
    ABŞ-də qatar piyadaları vurub, ölənlər var
    Next Article
    Əsas kapitala yönəldilən investisiyalar azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment