Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Əsas kapitala yönəldilən investisiyalar azalıb

    3 hours ago

    Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 5069,3 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalma ilə müşahidə olunub. Sektorlar üzrə bölgüyə nəzər saldıqda, neft-qaz sektoruna yönəldilən investisiyalarda 22,7 faizlik azalma qeydə alınıb. Bunun əksinə olaraq, qeyri-neft və qaz sektoruna yatırılan investisiyaların həcmi 5,3 faiz artaraq müsbət dinamika nümayiş etdirib. Əsas kapitala yatırılan ümumi investisiyanın 2578,8 milyon manatı (50,9 faizi) məhsul istehsalı sahələrinə, 1627,6 milyon manatı (32,1 faizi) xidmət sahələrinə, 862,9 milyon manatı isə (17,0 faizi) yaşayış evlərinin tikintisinə sərf olunub. Eyni zamanda, əsas kapitala yönələn investisiyaların 74,4 faizi və ya 3772,4 milyon manatı daxili mənbələr hesabına təmin edilib. İnvestisiyaların 78,3 faizi – 3969,3 milyon manatı isə bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilib.  
    Click here to Read more
    Prev Article
    ABŞ-da istehlakçı etimadı azalıb
    Next Article
    Asgari ücret ara zammında son durum

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment