Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ABŞ danışıqlar üçün Pekinlə təmasa keçib? - Çindən iddia

    7 hours ago

    Çin dövlət mediası gömrük tarifləri ilə bağlı ABŞ-ın onlarla təmas qurduğunu bildirib. Çinə bağlı sosial media hesablarından biri, ABŞ-ın Prezident Donald Trampın tətbiq etdiyi 145 faiz səviyyəsindəki gömrük vergiləri ilə bağlı danışıqlar aparmaq məqsədilə Çinə yaxınlaşdığını qeyd edib. Valyuta.Az-ın verdiyi xəbərə görə, Çinin “Weibo” sosial media platformasında “Yuyuan Tantian” adlı hesabın mənbələrə istinadəın yaydığı bir məlumatda “ABŞ gömrük vergiləri məsələsində danışıqlar aparmaq ümidi ilə bir neçə kanaldan fəal şəkildə Çinə müraciət edib” ifadəsi yer alıb. “Yuyuan Tantian” Çinin dövlət yayımçısı olan “CCTV” (China Central Television) ilə əlaqəli bir sosial media hesabıdır. Bu hesab, “Weibo” sosial platformasında fəaliyyət göstərir və dövlət siyasəti ilə bağlı rəsmi mövqeləri və şərhləri paylaşır. Bununla belə, “Yuyuan Tantian” Çin dövlət mediasının ən nüfuzlu orqanları arasında sayılmır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Ciakun isə çərşənbə günü verdiyi açıqlamada “Bildiyim qədəri ilə Çin və ABŞ arasında gömrük tarifləri ilə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparılmayıb” deyib. ABŞ Prezidenti Donald Tramp da çərşənbə günü verdiyi açıqlamada, ABŞ-dan açıq şəkildə bəhs etmədən, administrasiyasının Çinlə bir razılaşma əldə etmək şansının “çox yüksək” olduğuna inandığını söyləyib. Aydın
    Click here to Read more
    Prev Article
    Səmir Şərifovun rəhbərliyi ilə Nazirlər Kabinetində İCLAS
    Next Article
    Bu nazirə yeni müavin təyin edildi - Kimdir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment