Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bu nazirə yeni müavin təyin edildi - Kimdir?

    18 hours ago

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən Azər Şahverdi oğlu Məmmədrəhimov Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Valyuta.az "Unikal"a istinadən xəbər verir ki, A.Məmmədrəhimova nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib. O, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. Həmçinin, 2016-2021-ci illər ərzində Ümumdünya Poçt İttifaqının Poçt Maliyyə Xidmətləri Komissiyasının həmsədri, 2021-ci ildən “Azərpoçt” MMC-nin Müşahidə Şurasının katibi kimi fəaliyyət göstərib. 24 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlınməyə görə” medalı ilə təltif olunub. 2024-cü ilin avqust ayından cari tarixə qədər isə “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib. Qeyd edək ki, bu təyinatadək Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifələrini Rahid Ələkbərli icra edib.
    Click here to Read more
    Prev Article
    ABŞ danışıqlar üçün Pekinlə təmasa keçib? - Çindən iddia
    Next Article
    “AzerGold” ixracdan 42,7 milyon dollar gəlir əldə edib - Rəqəmlər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment