Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “AzerGold” ixracdan 42,7 milyon dollar gəlir əldə edib - Rəqəmlər

    8 hours ago

    Bu ilin yanvar-mart aylarında "AzerGold" QSC-nin xaricə satışdan əldə etdiyi gəlirlər 42,7 milyon ABŞ dolları təşkil edib.  Valyuta.az xəbər verir ki, bu rəqəm, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə artım deməkdir. 2024-cü ilin ilk üç ayında şirkətin ixrac gəlirləri cəmi 12,8 milyon dollar idi. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 milyon dollarlıq əlavə gəlir əldə olunub. Qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib. “AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Bu nazirə yeni müavin təyin edildi - Kimdir?
    Next Article
    Mario Lemina'dan Galatasaray taraftarına yanıt!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment