Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Abu-Dabi Fond Birjası ilə əməkdaşlıq Azərbaycanın kapital bazarını genişləndirəcək - Ruslan Xəlilov

    1 week ago

    Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi Fond Birjasına məxsus Tabadul Rəqəmsal Platformasına qoşulmaq üçün hüquqi və texniki baza hazırlıq işlərinə başlanılıb. Finss.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası QSC-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov açıqlama verib. R.Xəlilov bildirib ki, bu strateji əməkdaşlıq Azərbaycanın kapital bazarını regional və beynəlxalq likvidlik mənbələrinə yaxınlaşdıracaq: "Həmçinin, Ərəb körfəzi ölkələri və qonşu regionlarla sərhədlərarası qiymətli kağız ticarətinin həyata keçirilməsinə şərait yaradacaq və beynəlxalq investorlar üçün Azərbaycan kapital bazarına çıxış imkanları açacaq". O əlavə edib ki, Bakı Fond Birjasının strateji inkişaf təşəbbüsləri çərçivəsində, texnoloji və rəqəmsal həllərin dəstəklənməsi məqsədilə sistem diaqnostikası aparılıb: "Ticarət sisteminin təkmilləşdirilməsi və bazar iştirakçılarının texnoloji sistemlərinə inteqrasiyasının sürətləndirilməsi üçün xüsusi tədbirlər planı hazırlanaraq artıq icrasına başlanılıb". Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Bakı beynəlxalq maliyyə təhlükəsizliyi konfransına ev sahibliyi edəcək
    Next Article
    Ziraat Bank Azərbaycan regionlardakı fəaliyyətini genişləndirir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment