Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Ziraat Bank Azərbaycan regionlardakı fəaliyyətini genişləndirir

    1 week ago

    Finss.az - Ziraat Bank Azərbaycan müştəri yönümlü strategiyası çərçivəsində regionlardakı fəaliyyətini genişləndirməyə davam edir. Bankın növbəti mühüm addımı – Quba regional "ASAN xidmət" mərkəzində yerləşən yeni şöbəsini müştərilərinin istifadəsinə verməsidir. Yeni açılan Quba şöbəsi həm fiziki, həm də korporativ müştərilərə gündəlik bank əməliyyatlarının rahat, sürətli və təhlükəsiz şəkildə həyata keçirmək imkanı yaradır. Şöbə müasir tələblərə cavab verən texnoloji avadanlıqlarla təchiz olunub və aşağıda qeyd edilən bir sıra xidmətləri müştərilərinə təqdim edir: •​ Fiziki şəxslərə cari hesabların açılması; • ​Hüquqi şəxslər və fərdi sahibkarlara hesabların açılması; •​ Əmanətlərin qəbul edilməsi; • ​Bankkart sifarişlərinin qəbulu; •​ Nağdsız valyuta mübadiləsi əməliyyatları; •​ Ölkədaxili və beynəlxalq pul köçürmələri; •​ Kredit sifarişlərinin alınması. Quba regional "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən yeni şöbə müştərilərə sürətli və səmərəli xidmət prinsipləri ilə fəaliyyət göstərir. Əlavə olaraq, rəqəmsal əməliyyatlar üçün xüsusi terminallar quraşdırılıb ki, müştərilər bu avadanlıqlardan istifadə edərək öz hesablarına nağd vəsait yerləşdirə bilirlər. Quba şöbəsi bazar ertəsi-cümə günlər mərkəzin iş rejiminə uyğun fəaliyyət göstərir. Bu da müştərilərə iş saatları ərzində yüksək keyfiyyətli və operativ bank xidmətlərindən istifadə imkanı yaradır. Ziraat Bank Azərbaycanın "ASAN xidmət"-lə əməkdaşlığı çərçivəsində istifadəyə verilən bu şöbə, bankın regionda müştəri xidmətlərini daha da əlçatan və rahat etmək məqsədi daşıyır. "Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Abu-Dabi Fond Birjası ilə əməkdaşlıq Azərbaycanın kapital bazarını genişləndirəcək - Ruslan Xəlilov
    Next Article
    “E-Şikayət” platformasına indiyədək 6 minə yaxın müraciət daxil olub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment