Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Abunəçilər su pulunu hissə-hissə ödəyə biləcəklər - RƏSMİ

    5 days ago

    Su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissəli qaydada ödəyə biləcəklər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən  bildirilib ki, vətəndaşlar Su Təchizatı Xidmətinin yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər. - Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. - Protokola əsasən borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu halda su təchizatı dayandırılmır. “Xüsusilə qeyd etmək istəyirik ki, yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər”, - deyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumatda bildirilir.
    Click here to Read more
    Prev Article
    Tikinti şirkətinin 1 milyon manata yaxın vergi borcu var
    Next Article
    4,9 milyonluq tender elan edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment