Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Ağır texnika üçün lizinq təklifi inşaat sektorunun maliyyə yükünü azaldır

    3 days ago

    Tikinti sahəsində fəaliyyət göstərən podratçılar üçün ağır texnika və avadanlıqların alınması böyük maliyyə vəsaiti tələb edir. Finss.az xəbər verir ki, “MCB BOKT” QSC bu ehtiyacları nəzərə alaraq tikinti texnikalarının lizinqini təklif edir. Bu lizinq modeli inşaat sektorunun maliyyə yükünü azaldaraq, podratçıların daha rahat şəkildə avadanlıq əldə etməsinə imkan yaradır. Lizinqin əsas şərtləri: Maksimal lizinq müddəti: 48 ay Minimal ilkin ödəniş: 20% Xüsusi kampaniya: Uzunmüddətli tərəfdaşlıq çərçivəsində seçilmiş texnikalar üçün 24 aya qədər faizsiz lizinq imkanı Lizinq üsulu tikinti sahəsində çalışan baş podratçılar, subpodratçılar və ya müstəqil podratçılar üçün texnikanı birdəfəlik almaq əvəzinə, istifadə müddətinə uyğun olaraq icarə haqqı ödəməklə əldə etməyə imkan yaradır. Bu isə həm kapital xərclərinə qənaət, həm də likvidliyin qorunması baxımından böyük üstünlükdür. MCB BOKT tərəfindən təqdim edilən lizinq məhsulu vasitəsilə müştərilər qreyder, ekskavator, kran, buldozer və digər ağır texnikaları asan şərtlərlə əldə edə bilərlər. Bu məhsul inşaat sektorunun böyüməsini və texnoloji cəhətdən yenilənməsini dəstəkləməklə yanaşı, sahibkarlara risklərini minimuma endirərək rəqabətqabiliyyətli fəaliyyət göstərməyə imkan verir. Ətraflı məlumat üçün: //mcb.az/tikinti-texnikalarinin-lizinqi/ Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    İstehsalçılara dəstək: 1 milyon manata qədər istehsal krediti imkanı
    Next Article
    ABŞ fond bazarlarında eniş

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment