Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İstehsalçılara dəstək: 1 milyon manata qədər istehsal krediti imkanı

    10 hours ago

    İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün “Unibank” KB ASC yeni və sərfəli şərtlərlə “İstehsal krediti” təqdim edir. Finss.az xəbər verir ki, məqsəd – istehsal gücünü artırmaq, yeni texnologiyalara keçid etmək və biznesin inkişafına dəstək olmaqdır. İstehsal krediti 50 000 manatdan başlayaraq 1 000 000 manatadək təqdim olunur. Kreditin müddəti isə 3 ilədək nəzərdə tutulur. Sahibkarlar üçün 3 ayadək güzəşt dövrü və fərdi ödəniş qrafiki təklif edilir. Kreditin əsas üstünlüklərindən biri – girov olaraq yalnız daşınmaz əmlak deyil, həm də avadanlığın (daşınar əmlakın) qəbul edilməsidir. Bu isə istehsalçıların likvid aktivlərini qorumaqla maliyyə çevikliyini artırır. Unibank istehsal krediti sahəsində müraciət edən müştərilərə pulsuz mobil və internet bankçılıq xidmətləri də təqdim edir ki, bu da gündəlik əməliyyatların daha sürətli və rahat idarə olunmasına imkan verir. Kredit vəsaiti ilə sahibkarlar: istehsal proseslərini modernləşdirə, yeni avadanlıq və texnologiyalar ala, məhsul çeşidini artıra, tədqiqat və inkişaf layihələri həyata keçirə bilərlər. Bank nümayəndələri bildirir ki, bu kredit biznesin dayanıqlığını artırmaqla yanaşı, yerli istehsalın genişlənməsi və iqtisadiyyatın inkişafına da töhfə verəcək. Ətraflı məlumat üçün keçid: //unibank.az/az/corporate/loan/228 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Buraxılış imtahanlarında yüksək nəticə göstərən DSX-nin Xüsusi Məktəbinin kursantları təltif ediliblər – FOTO
    Next Article
    Ağır texnika üçün lizinq təklifi inşaat sektorunun maliyyə yükünü azaldır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment