Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Amerikalı cütlük təqaüddən sonra 50 ölkədə yaşadı - Bu dördü onları valeh etdi

    14 hours ago

    Amerikalı Norm Bur 2019-cu ildə təqaüdə çıxdıqdan sonra həyat yoldaşı Ketlinlə birlikdə köçəri həyat tərzi sürür. Altı il ərzində onlar dünyanın 50 ölkəsində yaşayıblar və bu ölkələrdən dördü onların qəlbini fəth edib. HİT.az xəbər verir ki, "Business Insider" üçün yazdığı məqalədə 70 yaşlı səyyah, "Yaşa uyğun köçəri səyahətlər" adlı kitabın müəllifi və "TravelYounger" bloqunun yaradıcısı ən çox bəyəndikləri dörd ölkəni açıqlayıb. Norm bildirib ki, bəzi yerlərdə yalnız bir neçə gün, digərlərində isə aylarla yaşayıblar. Onlar üçün ideal qalma müddəti 4-6 həftədir, çünki bu zaman yerli mədəniyyəti daha yaxından tanımaq imkanı yaranır. 1. Vyetnam Bu ölkəni o, "qiymət baxımından əlverişli ekspat cənnəti" adlandırır. Cütlük Cənub-Şərqi Asiyada 17 ay səyahət edib və Vyetnam onların sevimli yerlərindən birinə çevrilib. Xüsusilə Da Nanq şəhərində 90 günlük vizanın icazə verdiyi maksimum müddət ərzində qalıblar. Da Nanqda həm yerli mətbəxi, həm də qərb üslublu marketlər və xidmətlər onları cəlb edib. Yaxınlıqdakı qədim Hoi An şəhəri – UNESCO-nun Ümumdünya irsi siyahısında yer alan məkan – da böyük təsir bağışlayıb. "Yaşamaq, araşdırmaq və yaxşı qidalanmaq üçün çox əlverişli bir ölkə idi", deyə Norm qeyd edib. 2. İtaliya Burda iki dəfə yaşayan cütlük İtaliyanın qədim arxitekturası, kilsələri və muzeylərinə heyran qalıb. Onların ilk dayanacağı Roma yaxınlığındakı 500 illik mənzildə qaldıqları Tivoli şəhəri olub. Daha sonra Siciliyada altı həftə qalıblar və orada qədim Apollon məbədi daxil olmaqla tarixi abidələrdən təsirləniblər. İtalyan mətbəxi və şərabları isə onların zövqünü oxşayıb. 3. Malayziya Bu ölkə əsasən əlverişli və keyfiyyətli tibbi xidmətləri ilə seçilib. Norm bildirib ki, burada ümumi tibbi yoxlama onlara cəmi bir neçə yüz dollara başa gəlib və ABŞ-dakı kimi baha tibbi sığorta tələb olunmayıb. Eyni zamanda, Malayziyada heyrətamiz mənzərələr, dağlar və tropik meşələr var. 4. Xorvatiya Bu ölkə onların ən sevimlisi olub. 2019-cu ildə təxminən iki ay burada yaşayan cütlük daha sonra üç dəfə də Xorvatiyaya qayıdıb. Norm qeyd edir ki, əvvəlcə bu ölkə haqqında çox şey bilmirdilər, lakin tez bir zamanda ona vuruldular. İngilis dilinin geniş yayılması ünsiyyəti asanlaşdırıb, təzə dəniz məhsulları isə onların mətbəx zövqünə uyğun gəlib. Onlar əvvəlcə Split şəhərindən 20 dəqiqəlik məsafədə, dəniz kənarında münasib qiymətli mənzildə yaşayıblar. Daha sonra İstriya yarımadasından başlayaraq Xorvatiyanın şimal bölgələrini və bir neçə adanı gəziblər. Norm sonda bildirib: "Xorvatiyaya yenidən qayıtmaq üçün səbirsizliklə gözləyirik". Samir
    Click here to Read more
    Prev Article
    Azərbaycan Prezidentinin Vyetnam KP MK Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib
    Next Article
    "Android"lərdə bank məlumatlarını fırıldaqçılardan gizlədən funksiya olacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment