Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Android"lərdə bank məlumatlarını fırıldaqçılardan gizlədən funksiya olacaq

    19 hours ago

    "Google" şirkəti istifadəçiləri telefon fırıldaqçılarından qorumağa yönəlmiş yeni təhlükəsizlik funksiyasını "Android" əməliyyat sisteminə inteqrasiya etməyə hazırlaşır.  HİT.az xəbər verir ki, bu yenilik barədə ilk olaraq "Android Authority" portalı məlumat yayıb. Beta mərhələsindəki "Google Play Services" xidmətində aşkarlanan "BankScamCallDetectionService" adlı funksiya, telefon fırıldaqçılarının bank məlumatlarını ələ keçirməsinin qarşısını almağı hədəfləyir. Sözügedən fırıldaq sxemlərində dələduzlar tez-tez bank işçisi kimi təqdim olunaraq, istifadəçidən "problemi həll etmək məqsədilə" ekran paylaşım proqramı quraşdırmasını tələb edirlər. Yeni təhlükəsizlik mexanizmi məhz bu tip halları avtomatik şəkildə tanımağa çalışır. Sistem üç şərt yerinə yetirildikdə işə düşür: naməlum nömrədən gələn zəng, bank tətbiqinin açıq olması və ekran paylaşımının aktivləşdirilməsi. Bu üç hal eyni anda müşahidə olunarsa, istifadəçi ekranda fırıldaqçılıq ehtimalına dair xəbərdarlıq mesajı ilə məlumatlandırılır. Funksiyanın "Android"in stabil versiyasında nə vaxt təqdim olunacağı və hansı versiyalarda dəstəklənəcəyi hələlik məlum deyil. Samir
    Click here to Read more
    Prev Article
    Amerikalı cütlük təqaüddən sonra 50 ölkədə yaşadı - Bu dördü onları valeh etdi
    Next Article
    Brent markalı neftin bir barreli 61,77 dollara düşüb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment