Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Apple” "iPhone" modellərinin təqdimat tarixini dəyişir

    15 hours ago

    “Apple” "iPhone" modellərinin təqdimat tarixini dəyişir, ikili buraxılış modeli gəlir Valyuta.az xəbər verir ki, “Apple” 2026-cı ildən etibarən “iPhone” modellərinin təqdimat cədvəlində köklü dəyişiklik edəcək. Şirkət bütün modelləri eyni anda təqdim etməkdən imtina edərək, bundan sonra premium və baza modelləri ayrı-ayrı tarixlərdə satışa çıxarmağı planlaşdırır. Məlumata görə, 2025-ci il “Apple” üçün son "tam təqdimat ili" olacaq. Bu ilin payızında “iPhone 17” ailəsi həm premium, həm də baza modelləri birlikdə təqdim ediləcək. Lakin “iPhone 17e” modelinin yazda satışa çıxarılması ilə yeni mərhələnin təməli qoyulacaq. 2026-cı ildən başlayaraq, premium modellər – “iPhone 18 Pro”, “iPhone 18 Pro Max”, “iPhone 18 Slim/Air” və yeni qatlanan “iPhone” payızda təqdim ediləcək. Baza və büdcə modelləri – “iPhone 18” və “iPhone 18e” isə növbəti ilin yazında satışa çıxarılacaq. Analitiklərə görə, bu dəyişiklik “Apple” üçün üç əsas üstünlük yaradır: 1.    İstehsal yükünü azaldır və təchizat zəncirini optimallaşdırır; 2.    Satış dövrlərini uzadaraq gəlirliliyi yayır; 3.    Çin istehsalçılarının sıx təqvimli rəqabətinə daha çevik cavab imkanı verir. Qeyd edək ki, bu məlumat “The Information” nəşri və tanınmış analitik Min-Çi Kuo tərəfindən təsdiqlənib. Yeni təqdimat strategiyası bəzi istifadəçilərin narazılığına səbəb ola bilər. Xüsusilə də, hər payızda yeni baza “iPhone” modelini almağa alışanlar üçün bu dəyişiklik gözləmə müddətini artıracaq. Lakin “Apple”ın uzunmüddətli bazar strategiyası bu qərarı zəruri edib. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Ekonomi Koordinasyon Kurulu toplantısı sona erdi: İşte alınan kararlar!
    Next Article
    Crystal Palace, deplasmanda Tottenham'ı yıktı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment