Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Apple"ın 20 illiyə özəl "iPhone" modelləri rekord qiymətlərlə satışa çıxarıla bilər

    6 hours ago

    "Apple" "iPhone"un 20-ci ildönümünə xüsusi olaraq qatlanan və şüşə əsaslı Pro modellər hazırlayır. Lakin istehsal xərclərinin artması və yüksək vergi rüsumları səbəbilə bu modellərin qiymətlərinin rekord səviyyəyə çatacağı gözlənilir. Valyuta.az xəbər verir ki, aprel ayının əvvəlindən bəri texnologiya dünyasında "Apple"ın 20 illiyə böyük yeniliklər planlaşdırdığına dair söz-söhbətlər yayılıb. "Bloomberg"in tanınmış jurnalisti Mark Qurman da daxil olmaqla etibarlı mənbələrə əsasən, şirkət 2027-ci ildə iki xüsusi "iPhone" modelini təqdim etməyə hazırlaşır. Bu modellərdən biri uzun müddətdir gözlənilən qatlanan "iPhone", digəri isə yenilikçi şüşə əsaslı Pro variantı olacaq. Bu xüsusi modellərin istehsalı isə "Apple"ın qlobal təchizat zəncirində əsaslı dəyişikliklər etməsini zəruri edir. Şirkət son illərdə "iPhone" istehsalını Çindən uzaqlaşdıraraq Hindistan kimi alternativ mərkəzlərə yönəlməyə başlayıb. Qurmanın fikrincə, bu modellərin "son dərəcə mürəkkəb" quruluşa malik olması yeni hissələrin dizaynını və xüsusi istehsal texnikalarını tələb edir. Bu isə Çindən kənarda yerləşən zavodlarda bu tələblərin ödənməsini çətinləşdirir. Üstəlik, ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi 145 faizədək yüksək gömrük rüsumları, yeni "iPhone" modellərinin ABŞ bazarındakı qiymətlərinə ciddi təsir edə bilər. Vergi tənzimləmələri açıqlanmamışdan əvvəl belə, qatlanan "iPhone"un qiymətinin 2.000 dolları keçəcəyi ehtimal olunurdu. İndi isə bu qiymətlərin daha da artacağı gözlənilir. Bundan başqa, Hindistanda istehsalın Çinə nisbətən 5-10 faiz daha baha başa gəlməsi, "Apple"ın xərclərini daha da artırır. ABŞ Prezidenti Donald Tramp Çinlə bağlı vergi rüsumlarında endirim edilə biləcəyinə dair siqnallar versə də, bu rüsumların tamamilə aradan qaldırılması gözlənilmir. Tramp administrasiyasının ümumi siyasəti isə, demək olar ki, bütün ölkələrə qarşı tariflərin artırılması istiqamətində irəliləyir. Bu isə xüsusilə Çinə yüksək dərəcədə bağlı olan texnologiya şirkətlərinin təchizat zəncirlərində ciddi təzyiqlərə səbəb olub. Paradoksal olaraq, ABŞ-ın Çinə tətbiq etdiyi ağır vergilər, "iPhone" qiymətlərinin elə ABŞ-da daha da yüksəlməsinə yol aça bilər. Bəzi texnologiya məhsulları bu tariflərdən azad olsa da, "Apple" daxil olmaqla bir çox şirkət Çinə olan asılılığı azaltmaq məqsədilə Hindistan, Vyetnam və Braziliya kimi ölkələrdə istehsal imkanlarını genişləndirməyə çalışır. Bu alternativ ölkələrdə istehsal, qısa müddətdə xərc artımı yaratsa da, uzun müddətdə təchizat zəncirinin daha davamlı hala gətirilməsi hədəflənir. Digər tərəfdən, "Reuters"in son məlumatına görə, "Apple" ABŞ bazarındakı tələbatı qarşılamaq üçün Hindistandakı istehsal gücünü artırmağı planlaşdırır. Şirkət 2027-ci ilə qədər Hindistan mərkəzli istehsalını genişləndirərək ABŞ-a daha çox hind istehsalı "iPhone" çatdırmağı qarşısına məqsəd qoyub. Hazırda "Apple" Hindistanda ildə təxminən 40 milyon "iPhone" istehsal edir və bu istehsal həm yerli bazar, həm də qlobal ixrac üçün nəzərdə tutulur. Nəticə etibarilə, "Apple"ın 20 illik yubileyinə xüsusi olaraq planlaşdırdığı bu innovativ "iPhone" modelləri həm dizayn, həm də istehsal proseslərində mühüm dəyişikliklərə səbəb olacaq. Lakin artan istehsal xərcləri və geosiyasi gərginliklər, bu modellərin satış qiymətlərinə qaçılmaz olaraq təsir edəcək. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Telif Sorununu Tarihe Gömecek Yapay Zeka Aracı Duyuruldu: Karşınızda "F Lite"
    Next Article
    Bakı Dövlət Universitetinin məzunları iş tapa bilir? - RƏQƏMLƏR

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment