Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakı Dövlət Universitetinin məzunları iş tapa bilir? - RƏQƏMLƏR

    7 hours ago

    Ali təhsil müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası, təkcə təhsilin uğuru deyil, həm də ölkənin iqtisadi inkişafı və insan kapitalı siyasətinin effektivliyini əks etdirən mühüm göstəricidir. Universitetlərin məzunları ixtisaslarına uyğun şəkildə işlə təmin olunmadıqda, bu, həm təhsil sistemindəki struktur problemlərə, həm də əmək bazarındakı balanssızlığa işarə edir. Azərbaycanda son illər sözügedən sahədə müəyyən addımlar atılsa da, müxtəlif universitetlər üzrə məzunların işlə təminat göstəriciləri arasında ciddi fərqlər müşahidə olunur.  Valyuta.az xəbər verir ki, Modern.az Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”ndən əldə etdiyi məlumat əsasında bu dəfə Bakı Dövlət Universitetinin məzunları ilə bağlı vəziyyəti araşdırıb.  Məlumata görə, 5 il ərzində universitetdən məzun olanların ümumi sayı 14 min 524 nəfərdir ki, onların da 8 min 173-ü işlə təmin olunub.  Məzunların əksəriyyəti aylıq gəliri 400 manat olan iş yerlərində çalışır. İşlə təmin olunanların əsas hissəsi özəl sektorda fəaliyyət göstərirlər. Belə ki, qeyri-dövlət sektorunda çalışan məzunların ümumi sayı 5 min 351 nəfərdir, bu da məzunların 69.6 faizini təşkil edir. Universitetin ən çox məzunu olan ixtisası hüquqşünaslıqdır. Belə ki, 5 il ərzində hüquqşünaslıq ixtisası üzrə 1022 nəfər məzun olub ki, onların da 599-u işlə təmin olunub. Bu da ümumi məzunların 58 faizini təşkil edir.  Digər ixtisaslar üzrə vəziyyət aşağıdakı kimidir: İnformatika müəllimliyi – 670 məzunun 398-i (59 faiz) işlə təmin olunub; Riyaziyyat müəllimliyi – 529 məzunun 250-si (47 faiz) işlə təmin olunub; Beynəlxalq münasibətlər – 508 məzunun 226-sı (44 faiz)  işlə təmin olunub; Coğrafiya müəllimliyi – 483 məzunun 310-u (64 faiz) işlə təmin olunub; Fizika müəllimliyi – 483 məzunun 236-sı (48 faiz) işlə təmin olunub; Kompüter elmləri – 462 məzunun 293-ü (63 faiz) işlə təmin olunub; Dünya iqtisadiyyatı  – 422 məzunun 248-i (58 faiz) işlə təmin olunub. Məzunların əksəriyyəti banklarda və ümumi xarakterli dövlət idarəetmə sahələrində çalışır. 
    Click here to Read more
    Prev Article
    "Apple"ın 20 illiyə özəl "iPhone" modelləri rekord qiymətlərlə satışa çıxarıla bilər
    Next Article
    Nazirlik avtomobillərini 1000 manata satır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment