Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Nazirlik avtomobillərini 1000 manata satır

    11 hours ago

    Əmlak Məsələləri Dövlət Xidməti iyun ayında açıq hərraclar keçirəcək. Valyuta.az xəbər verir ki, hərraclarda müxtəlif dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılacaq. 3 iyun tarixində keçiriləcək hərracda ümumilikdə 24 avtomobil satışa təqdim ediləcək. Bu tarixdə ən yüksək və ən aşağı qiymətə təklif olunan avtomobillər Dövlət Təhlükəsizliyi Xidmətinə məxsusdur. Belə ki, "Land Rover LR3" markalı minik avtomobili 20 min manatdan, "Tofaş Şahin" markalı avtomobil isə 1000 manatdan satışa çıxarılacaq. 3 iyun tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz: 11 iyun tarixində keçiriləcək digər hərracda isə 12 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Ən ucuz avtomobil Elm və Təhsil Nazirliyi Azərbaycan Dillər Universitetinə məxsus "Nissan Maxima"dır və 1200 manat qiymətlə təklif olunacaq. Ən baha nəqliyyat vasitəsi isə Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə məxsus olan "İsuzu Ecobus" markalı avtobusdur və 22 min manatdan satışa çıxarılacaq. 11 iyun tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə isə burdan tanış ola bilərsiniz: Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Bakı Dövlət Universitetinin məzunları iş tapa bilir? - RƏQƏMLƏR
    Next Article
    Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir –Tam siyahı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment