Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Avropada bu yay ucuz və sakit dörd orta əsr incisi açıqlandı

    1 day ago

    Avropanın bir çox məşhur turizm istiqamətləri turist sıxlığından əziyyət çəkdiyi bir vaxtda, səyahətçilər həm büdcəyə uyğun, həm də sakit alternativ məkanlar axtarmağa başlayıblar.  HİT.az xəbər verir ki, "Travel Off Path" nəşri bu yay səfər etməyə dəyər olan dörd cazibədar orta əsr şəhərini təqdim edib. 1. Qdansk, Polşa Baltik dənizinin sahilində yerləşən bu liman şəhəri rəngarəng binaları, səkkizguşəli qüllələri və rəsmlərlə bəzədilmiş fasadları ilə nağıl kitablarını xatırladır. İkinci Dünya müharibəsi zamanı demək olar ki, tamamilə dağıdılsa da, sonradan yenidən qurulub və öz orta əsr cazibəsini qoruyub saxlayır. Qiymətlərə gəlincə, "Qdansk" Avropada istirahət üçün ən sərfəli şəhərlərdən biridir. "Budget Your Trip" məlumatına görə, burada bir turist gündə orta hesabla 38 dollar yeməyə, 9,14 dollar nəqliyyata və 57 dollar oteldə gecələməyə xərcləyir. 2. Brno, Çexiya Çexiyanın ikinci ən böyük şəhəri olan "Brno", çox vaxt paytaxt Praqanın kölgəsində qalır. Lakin burada da qədim dövrləri əks etdirən daş döşəməli küçələr, kafelərlə dolu meydanlar və tarixi abidələr bol-boldur. Praqaya nisbətən daha sərfəli olan "Brno"da gündəlik təxminən 40 dollar yeməyə, 2,84 dollar ictimai nəqliyyata və 66 dollar otelə xərcləmək mümkündür. 3. Peç, Macarıstan Cənubi Macarıstanda yerləşən bu 2000 illik şəhər qədim Roma dövründən bəri mövcuddur. Avropada xristianlığın ilk mərkəzlərindən biri sayılan şəhərdə IV əsrə aid yeraltı xristian nekropolu UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Eyni zamanda, 1009-cu ildə tikilmiş möhtəşəm "Peç" kilsəsi roman üslublu memarlığın nümunəsidir. "Budget Your Trip"ə əsasən, burada gündəlik 22 dollar yeməyə, 7,95 dollar nəqliyyata (şəhər piyada da rahat dolaşıla bilər) və 34 dollar oteldə qalmağa kifayət edir. 4. Timişoara, Rumıniya Qərbi Rumıniyanın ən zərif şəhərlərindən biri olan "Timişoara", Avstriya-Macarıstan memarlığının təsiri ilə formalaşıb. Şəhərin mərkəzi hissəsi böyük meydan və onu əhatə edən pastel rəngli binalarla seçilir. Fasadlar və dəmir balkonlar bu məkanı daha da cazibədar edir. Burada gündəlik 39 dollara doyumlu yemək yemək, 12 dollara avtobus və "Uber" vasitəsilə şəhərdə hərəkət etmək, 50 dollara isə oteldə gecələmək mümkündür. Samir  
    Click here to Read more
    Prev Article
    “Bazalt Construction” MMC-nin 166 min manat vergi borcu var
    Next Article
    Sosial şəbəkədə falçı biznesi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment