Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Sosial şəbəkədə falçı biznesi

    19 hours ago

    Sosial şəbəkələrdə bütün peşə və sənət sahiblərinin fəaliyyətini yaxından izləmək mümkündür. Bu gün istənilən sahənin adamını Facebook, İnstaqram, TİKTOK və digər sosial şəbəkələrdə görə bilirik.  Sosial şəbəkələrdə geniş meydan açan və burada müxtəlif qorxulu rituallar, ayinlər həyata keçirən cadugərlər, falçılar da kifayət qədər aktivdilər. Bu platformada cadugərlər, ekstrasenslər, falçılar müxtəlif səhifə və qruplar yaradaraq öz əməllərini icra edirlər. Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, sosial şəbəkələrdə cadugər və falçıların aktivləşməsi olduqca mənfi tendensiyadır: “XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də qadınların, qızların xeyli bir qismi cadugərə, falçıya, ekstrasensə inanır. Bu da cadugərlərin qol-qanad açmasına, öz fəaliyyətlərini daha da geniş qurmasına imkan verir. Əvvəllər bir falçının, cadugərin yanına getmək üçün qadınlar “əziyyət” çəkirdilər, indi isə sosial şəbəkələr vasitəsilə onlar qadınların evlərinə, həyatlarına daxil olublar.Qadınlar psixoloqlardan qaçıb falçılara, cadugərlərə “sığınır”lar. Problemi olan qadınlar falçıya, cadugərə yox, psixoloqa, mütəxəssisə müraciət etsə daha yaxşı olar”. Sevinc  
    Click here to Read more
    Prev Article
    Avropada bu yay ucuz və sakit dörd orta əsr incisi açıqlandı
    Next Article
    Ərdoğan Zelenski ilə Ukraynadakı nizamlanma ilə bağlı telefon danışığından xəbər verib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment