Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycan-Belarus biznes forumunda 18,9 milyon dollarlıq müqavilə imzalandı

    11 hours ago

    Azərbaycan-Belarus biznes forumunda 18,9 milyon dollarlıq müqavilə imzalandı Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunun yekunları üzrə 18,9 milyon dollar dəyərində müqavilələr imzalanıb. Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə Belarus Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikov jurnalistlərə açıqlamasında bildirib. M.Myatlikovun sözlərinə görə, ümumilikdə 12 sənədə imza atılıb, onlardan üçü onlayn şəkildə qəbul olunub. "Razılaşdığımız kimi, biz Azərbaycandan olan tərəfdaşlarımızı iyunda keçiriləcək "Belagro" sərgimizdə gözləyirik. Onlar iştiraklarını təsdiqləyiblər. Biz isə onların mayın 13-dən 16-dək "Caspian Agro" beynəlxalq sərgisində iştirak edəcəyik. Belarusdan olan 17 müəssisə artıq öz ərizələrini təsdiqləyib və onlar Bakıda yeni məhsullarını təqdim edəcəklər", - o deyib. O qeyd edib ki, forum zamanı Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum, "Mostovdrev" və "Sosna" şirkətləri arasında məhsul tədarükünə dair üç müqavilə, "Kamvol" və "Smart Style" şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, "Spartak" və "AZNUR" şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, "Borkof-Aqro” MMC ilə "Stapri-Azərbaycan” MMC arasında rezin lövhələrin tədarükünə dair niyyət sazişi, "BelOMO” holdinqinin "LEMT” Elmi-Texniki Mərkəzi ilə "Azərbaycan Milli Aviasiya Akademiyası Hava Yolları” QSC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bundan əlavə, forum çərçivəsində "Belşina” ASC, "Azərtexnika” MMC və "Azbelşin” MMC arasında 2025-2026-cı illərdə regiona şin məmulatlarının tədarükünü nəzərdə tutan əməkdaşlıq memorandumuna imza atılıb.
    Click here to Read more
    Prev Article
    Bu şirkət 38 min dollar cərimələndi DÜZƏLİŞ
    Next Article
    Selə görə bu evlər təhlükə altındadır - VİDEO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment