Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bu şirkət 38 min dollar cərimələndi DÜZƏLİŞ

    5 hours ago

    Mərkəzi Bank “GN Petrol-S LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini cərimələyib.  Valyuta.az-ın məlumatına görə, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.  Məhkəmədə məlum olub ki, “GN Petrol-S LTD” MMC tərəfindən 192 642 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 27 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. 2 il müddətində həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.  Məhkəmənin qərarı ilə, “GN Petrol-S LTD” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 38528.4 ABŞ dollar cərimələnib. Sabiq İsbəndərli
    Click here to Read more
    Prev Article
    Respublika Uşaq Sanatoriyasının 400 minlik tenderi ləğv edildi
    Next Article
    Azərbaycan-Belarus biznes forumunda 18,9 milyon dollarlıq müqavilə imzalandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment