Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

    3 hours ago

    Cari ilin yanvar-fevral aylarında Azərbaycan tərkibində tütün olan siqaretlərin idxal və ixracını həyata keçirib. Valyuta.az statistik mənbələrə əsasən xəbər verir ki, hesabat dövründə ölkəyə 74,46 milyon ədəd tütün tərkibli siqaret idxal olunub. Bu idxal əməliyyatlarının ümumi dəyəri 1 milyon 398,67 min ABŞ dolları təşkil edib.  Məlumata görə, məhsullar əsasən Rusiya, ABŞ, Çin, Gürcüstan və Türkiyədən gətirilib. Eyni zamanda, Azərbaycandan 220,73 milyon ədəd siqaret ixrac olunub və bu ixracdan 3 milyon 339,07 min ABŞ dolları həcmində gəlir əldə edilib. Məhsulun əsas alıcıları Rusiya və Gürcüstan olub. Belə ki, Rusiyaya 42,25 milyon ədəd siqaret göndərilib. Bu satışdan 435,02 min ABŞ dolları gəlir daxil olub. Hesablamalara görə, 1 ədəd siqaretin ixrac qiyməti təxminən 0,0103 dollar, yəni 1,76 qəpik təşkil edib. Gürcüstana isə 177,98 milyon ədəd siqaret ixrac edilib və bu əməliyyatlardan 2 milyon 904,04 min ABŞ dolları gəlir əldə olunub. 1 ədəd siqaretin ixrac qiyməti isə təxminən 0,0163 dollar təxminən 2,77 qəpik olub. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Kamran Əliyev yenidən Baş prokuror təyin edilir
    Next Article
    Ticaret Bakanlığından hayvan yemi açıklaması

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment