Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kamran Əliyev yenidən Baş prokuror təyin edilir

    6 hours ago

    Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılıb. Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb. Məsələ müzakirələrdən sonra parlamentin plenar iclaslına tövsiyə edilib. Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası baş prokurorunun, Azərbaycan Respublikası hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə Baş prokuror təyin edilib. Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. ©modern.az
    Click here to Read more
    Prev Article
    Dünyanın iki məşhur ödəniş platforması – Fərq nədir?
    Next Article
    Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment