Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Dünyanın iki məşhur ödəniş platforması – Fərq nədir?

    2 hours ago

    “Alipay” və “PayPal” dünyada ən geniş istifadə olunan rəqəmsal ödəniş sistemləridir. Hər ikisi mobil və onlayn alış-verişdə, pul köçürmələrində və maliyyə xidmətlərində mühüm rol oynayır, lakin yaranma məqsədləri və fəaliyyət coğrafiyaları fərqlidir. Valyuta.az hər iki rəqəmsal ödəniş platformaları haqqında məlumatı təqdim edir: “Alipay” Çində yaranmış rəqəmsal ödəniş və maliyyə platformasıdır. 2004-cü ildə “Alibaba Group” tərəfindən yaradılsa da, hazırda isə “Ant Group”a aiddir. Bu rəqəmsal platformanın əsas məqsədi onlayn ticarətdə təhlükəsiz ödənişləri təmin etməkdir. “Alipay” bu gün Çinin ən böyük mobil ödəniş sistemi sayılır, bir çox sahələrdə geniş istifadə olunur: Onlayn alış-veriş (məsələn, Taobao, Tmall) Kafedə, mağazada QR kodla ödəniş zamanı Kommunal ödənişlər edərkən Sığorta, kredit, sərmayə və digər maliyyə xidmətlərindən istifadə edərkən “Alipay”ın 1 milyarddan çox istifadəçisi var. Bu rəqəmsal platforma ən çox  Asiyada geniş yayılıb. “PayPal” isə ABŞ-da yaradılmış elektron ödəniş platformasıdır. Bu ödəniş sistemi 1998-ci ildə yaradılıb. “PayPal” 2002-ci ildə “eBay” tərəfindən satın alınıb və uzun illər “eBay”ın əsas ödəniş sistemi kimi fəaliyyət göstərib. Lakin 2015-ci ilin iyul ayında “PayPal” rəsmi olaraq “eBay”dan ayrılaraq müstəqil bir şirkətə çevrilib. Bu rəqəmsal sistemin əsas məqsədi təhlükəsiz və rahat beynəlxalq ödənişləri təmin etməkdir İstifadə olunduğu sahələr də “Alipay”lə oxşarlıq təşkil edir. Belə ki, bu sistemdən də onlayn alış-veriş (məsələn, “eBay”, “Etsy”, “Shopify”), beynəlxalq pul köçürmələri, xidmət ödənişləri və biznes əməliyyatları zamanı istifadə olunur. “Paypal” 200-dən çox ölkədə fəaliyyət göstərir və 25-dən çox valyutanı dəstəkləyir. 2025-ci ilin ilk rübünə olan statistik məlumata görə, “PayPal”ın hazırda  436 milyona yaxın istifadəçisi var. Təxminən 278 milyon istifadəçi ilə ABŞ liderlik edir. Daha sonrakı yerlərdə isə Almaniya və Böyük Britaniya dayanır.  “PayPal” Azərbaycan istifadəçiləri üçün “Alipay”a nisbətən daha əlçatandır, amma tam funksional deyil. “Alipay” əsasən Çin daxilində və ya Çinlə biznes əlaqəsi olanlar üçün uyğundur. Günay
    Click here to Read more
    Prev Article
    Quş və quşçuluq məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub - Bu ölkələrdən
    Next Article
    Kamran Əliyev yenidən Baş prokuror təyin edilir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment