Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard manat həddinə yaxınlaşır

    1 day ago

    Bu ilin aprelin 1-nə olan məlumata görə, Azərbaycan iqtisadiyyatına ümumi kredit qoyuluşu 29,7 milyard manat təşkil edib. Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. Məlumata görə, bu göstərici aylıq müqayisədə 277 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,2 milyard manat və ya 16,6% artım deməkdir. Hesabat dövründə kredit qoyuluşlarının 7,2 milyard manatı özəl bankların payına düşüb. Bu isə mart ayı ilə müqayisədə 65 milyon manat və ya 0,9%, 2023-cü ilin aprelin 1-i ilə müqayisədə isə 1,3 milyard manat və ya 20,9% artıb. Eyni zamanda, 2025-ci ilin aprelin 1-nə olan vəziyyətə görə, özəl bankların ümumi kredit portfeli 20,6 milyard manat təşkil edib. Bu da aylıq müqayisədə 219 milyon manat və ya 1,1%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2,5 milyard manat və ya 13,9% çoxdur. Bununla yanaşı, cari ilin aprelin 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1,8 milyard manat olub. Bu göstərici bir ay əvvəlki dövrlə müqayisədə 8 milyon manat və ya 0,4% azalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 462 milyon manat və ya 34,5% artıb. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Boyun ağrısının ümumi səbəbi açıqlandı
    Next Article
    Azərbaycanda bankların istehlak kredit portfeli 20,5% artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment