Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Boyun ağrısının ümumi səbəbi açıqlandı

    12 hours ago

    Cib telefonlarından uzun müddət istifadə və oturaq həyat tərzi boyun ağrısının inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. Çin alimləri belə qənaətə gəliblər.  HİT.az xəbər verir ki, nəticələr "BMC Public Health" jurnalında dərc olunub. Alimlər servikal onurğada ağrı sindromu amillərinə həsr olunmuş əvvəllər dərc edilmiş 25 tədqiqatın məlumatlarını təhlil ediblər. Araşdırmada 13 ölkədən 43 mindən çox insan iştirak edib. Məlum olub ki, ən böyük təhlükəni smartfonlardan istifadə edir: telefonları ilə çox vaxt keçirənlərdə cihazlardan az istifadə edənlərlə müqayisədə boyun ağrısı riski 82% çoxdur. Kompüterdə işləmək riski 23% artırır, televizora baxmaq isə ciddi təsir göstərmir. Araşdırma həmçinin müəyyən edib ki, uzun müddət oturmağın sağlamlığa öz mənfi təsiri var. Gündə dörd saat oturmaq boyun ağrısı riskini 45%, altı saatdan çox oturmaq isə riski təxminən 88% artırır. Müəlliflərin fikrincə, boyun əyilməsi və elektron cihazlarla işləyərkən uzun müddət əyilmək boyun onurğasına və yuxarı kürəyə həddən artıq gərginlik yaradır. Bununla belə, bu cür problemlərin tezliyinin artması təkcə qadcetlərin populyarlaşması ilə deyil, həm də pandemiyadan sonra dünya əhalisinin həyat tərzində qlobal dəyişikliklərlə bağlıdır. Samir
    Click here to Read more
    Prev Article
    Britaniya potensial elektrik kəsilməsinə hazırlaşır
    Next Article
    Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard manat həddinə yaxınlaşır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment