Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Britaniya potensial elektrik kəsilməsinə hazırlaşır

    6 hours ago

    "Böyük Britaniya potensial elektrik kəsilməsinə hazırlaşmaq üçün elektrik şəbəkəsinin davamlılığını sınayır". HİT.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın ətraf mühit naziri Stiv Rid “Times” radiosuna müsahibəsində deyib.  O, aparıcının İspaniya və Portuqaliyada baş verdiyi kimi irimiqyaslı fasilələr zamanı ölkənin enerji sisteminin hazırlığını yoxlamaq üçün hökumətin hər hansı bir tədbir görüb-görməməsi ilə bağlı sualını cavablandırıb. Nazirin sözlərinə görə, hökumətdə bu məsələyə gündən-günə nəzarət edən qrup var: "İspaniya və Portuqaliyadakı vəziyyətə gəlincə, biz onların araşdırmalarının əslində nə aşkar etdiyini görməliyik və bundan sonra biz bundan öyrənəcəyik". Bununla belə, nazir qeyd edib ki, səbəbi müəyyən olunmayana qədər dərs almaq çətindir. Bundan əvvəl müxalifət lideri Kemi Badenok ölkədə işıqların kəsilməsinin atmosferə tullantıları sıfıra endirmək siyasətinin nəticəsi ola biləcəyi barədə fikir bildirib. "Downing Street" bu versiyanı rədd edib. Samir
    Click here to Read more
    Prev Article
    Avtomobil nömrə nişanları 3 hərf və 4 rəqəm kombinasiyasına keçə bilər?
    Next Article
    Boyun ağrısının ümumi səbəbi açıqlandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment