Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycana ət məhsullarının gətirilməsinə qadağa qoyuldu - Bu ölkələrdən

    18 hours ago

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzairin Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyənin Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Bu barədə "Valyuta.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, ölkə ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
    Click here to Read more
    Prev Article
    Hakerlər kriptovalyuta nəhəngindən 20 milyon dollar fidyə tələb etdi
    Next Article
    Azərbaycan Rusiyada "Halal Expo" sərgisində təmsil olunur

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment