Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Hakerlər kriptovalyuta nəhəngindən 20 milyon dollar fidyə tələb etdi

    12 hours ago

    Kriptovalyuta birjası "Coinbase" hakerlərin müştəri məlumatlarını ələ keçirmək məqsədilə ABŞ xaricindəki dəstək heyətinə rüşvət verdiyini və əldə edilən məlumatların ictimaiyyətə açıqlanmaması qarşılığında 20 milyon dollar fidyə tələb etdiklərini açıqlayıb. Valyuta.az xəbər verir ki, şirkət hadisə ilə bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) rəsmi bildiriş göndərib. Bildirilişdə 11 may tarixində naməlum bir şəxsdən "Coinbase" sənədlərini ələ keçirdiyini iddia edən bir elektron məktubun alındığı qeyd olunub. Həmin məktubda məlumatların ictimaiyyətə açıqlanmaması üçün pul tələb olunduğu və bu məlumatların "Coinbase"in daxili sistemlərindən məlumat toplaya bilmələri üçün ABŞ xaricində dəstək rollarında çalışan bir neçə podratçıya və ya işçiyə ödəniş edilməklə əldə edildiyi ifadə olunub. Məktubda qeyd olunub ki, bəzi işçilərin vəzifələrinin xaricində məlumatlara çıxış əldə etdikləri halları "Coinbase"in təhlükəsizlik nəzarət sistemi əvvəlki aylarda aşkarlayıb. Hadisə aşkarlandıqdan sonra əlaqəli işçilərin dərhal vəzifələrindən azad edildiyi, fırıldaqçılıq əleyhinə nəzarət mexanizmlərinin gücləndirildiyi və əldə edilən məlumatların sui-istifadəsinin qarşısını almaq üçün potensial təsirlənmiş müştərilərə xəbərdarlıq edildiyi bildirilib. Hadisənin şifrələrə və ya vəsaitlərə çıxışı əhatə etmədiyi, ələ keçirilən məlumatlar arasında ad, ünvan, telefon nömrəsi və e-poçt kimi şəxsi məlumatların olduğu qeyd edilib. Fidyə olaraq tələb edilən 20 milyon dolların ödənilmədiyi və istintaqın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəklində davam etdirildiyi vurğulanıb. Həmçinin bildirilib ki, bu hadisə nəticəsində təhdid edən tərəfə daha əvvəl pul göndərmiş müştərilər varsa, onlara könüllü şəkildə geri ödəniş edilməsinin planlaşdırıldığı açıqlanıb. Bildirişdə hadisə ilə əlaqədar aparılan təhlükəsizlik tədbirləri və könüllü müştəri ödənişləri üçün 180 milyon ilə 400 milyon dollar arasında xərc proqnozlaşdırıldığı qeyd olunub. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    OPPO, Çok Beklentisi Olmayanları Mutlu Edecek Bütçe Dostu A5 Serisini Tanıttı
    Next Article
    Azərbaycana ət məhsullarının gətirilməsinə qadağa qoyuldu - Bu ölkələrdən

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment