Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda ən böyük yarımstansiyalardan biri tikilir

    1 day ago

    Ölkədə tikilən 2 qeqavat bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün respublikanın ən böyük yarımstansiyalarından biri tikilir. “AzərEnerji” tərəfindən 500/330 kilovoltluq yeni “Nəvai” yarımstansiyası inşa edilir və ordan ölkənin müxtəlif istiqamətlərinə yüksəkgərginlikli ötürmə xətləri çəkilir. Yeni tikilən yarımstansiya və yeni çəkilən 500 və 330 kilovoltluq yüksəkgərginlikli xətlər ötürücü sistemdə yeni mərhələnin başlamasıdır. “AzərEnerji”dən  verilən məlumata görə, qeyd olunan layihə iki mərhələdən ibarətdir. Birinci mərhələdə “AzərEnerji”nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə, yeni yarımstansiyanın və onun 330 kilovoltluq tərəfinin, o cümlədən Nəvaidən Abşerona 500 kilovotluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır. İcra qrafikinə əsasən 2024-cü ilin sentyabr ayından başlanılan işlərin əsas hissəsi görülüb və birnci mərhələ üzrə işlərin 2025-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bununla, “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyalarının enerjisistemə qoşulması öhdəliyi yerinə yetiriləcək. Bu böyük enerji layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirilmə hissəsinə start verilməsi nəzərdə tutulur. Dünya Bankının krediti hesabına “Nəvai” yarımstansiyasının 500 kilovoltluq tərəfinin və yarımstansiya üçün transformator və əlaqəli avadanlıqların alınması və quraşdırılması, habelə adıçəkilən yarımstansiyadan Mingəçevirə 500 kilovoltluq, o cümlədən Ələt, Abşeron, və Qobuya 330 kilovoltluq ötürmə xətlərinin tikintisi həyata keçiriləcək. Bu mərhələnin isə 3 il müddətinə icra olunması nəzərdə tutulub. ©apa
    Click here to Read more
    Prev Article
    Abbas Əliyevə yeni vəzifə verildi
    Next Article
    NBA'de iki ekip daha Doğu Konferansı yarı finalinde!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment