Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda ən çox tələb olunan beş peşə

    7 hours ago

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiymətləndirmək məqsədilə iş elanlarının genişmiqyaslı kəmiyyət təhlilini aparıb. Bu barədə "Valyuta.az"a nazirlikdən məlumat verilib. Bildirilib ki, son iki ili əhatə edən 25 min 678 vakansiya nəzərdən keçirilib və ən çox tələb olunan beş prioritet peşə istiqaməti - satış təmsilçisi, mühasib, kredit mütəxəssisi, işə qəbul üzrə mütəxəssis, satış planlanması müəyyən edilib. Təhlillər göstərir ki, bu peşələr üzrə işçi qüvvəsinə daha çox ehtiyacın olması əmək bazarının genişlənməsi və struktur dəyişiklikləri ilə sıx bağlıdır. Vakansiyaların hər dördündən biri topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən müəssisələrə aiddir. Bank sektoru isə 9,2 faizlik payla vakansiya sayına görə ilk onluğa liderlik edir. Bu sektor həm yeni iş yerlərinin yaradılması, həm də işçi dəyişkənliyinin yüksək olması ilə seçilir. Araşdırma həmçinin göstərir ki, iş elanlarının 76,2 faizində iş təcrübəsi tələb olunur, minimum iş təcrübəsi tələbi isə 1-2 il arasında dəyişir. Vakansiyaların 67,2 faizində ali təhsilin əsasən bakalavr səviyyəsi tələb olunur. Məvacib göstəricilərinə gəldikdə, qeyd edilən 25 min 678 vakansiyadan yalnız 8,4 minə yaxın vakansiyada əməkhaqqı qeyd edilib. Onlarda təklif olunan məvacib 400 – 7000 manat arasında dəyişir.
    Click here to Read more
    Prev Article
    İtalya'nın Türkiye'ye yaptığı büyük teklifi Erdoğan açıkladı
    Next Article
    Qeyri-neft ixracından ölkəyə ən çox gəlir gətirən şirkətlər – Siyahı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment