Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Qeyri-neft ixracından ölkəyə ən çox gəlir gətirən şirkətlər – Siyahı

    6 hours ago

    2025-ci ilin yanvar-mart ayları üzrə ən çox gəlir əldə edən şirkətlərin adları məlum olub. Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın aprel buraxılışında bildirilir. Məlumata görə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC,”Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,”Baku Steel Company” QSC,”P-AQRO” MMC,”LEPIN LM” Məhdud Məsuliyyətli Cəmiyyəti,”Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti,”Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti,”KHAN-EL” MMC,”BİNƏ AQRO” QSC,”Sahdag Sy” Məhdud Məsuliyyətli Cəmiyyəti. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC,Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"Azərbaycan Hava Yolları" QSC,“Azərenerji” ATSC,Naxçıvan MR Dövlət Energetika Xidməti,“Qaradağ Şüşə Zavodu” ASC. Azərkosmos-un xidmət ixracı da artmaqdadır. 2025-ci ilin ilk üç ayında qurum 40-dan çox ölkəyə ümumilikdə 4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri göstərib. Mart ayında bu göstərici 1,3 milyon dollar olub. Bu xidmətlərdən əldə olunan gəlir “Azərkosmos”un ümumi gəlirinin 65 faizini təşkil edib. Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 890,3 min ABŞ dolları ilə Lüksemburq, 213,4 min ABŞ dolları ilə Nigeriya, 179 min ABŞ dolları ilə Misir və 174 min ABŞ dolları ilə Pakistan qərarlaşıb. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Azərbaycanda ən çox tələb olunan beş peşə
    Next Article
    "Azərkosmos" ixracdan 4 milyon dollar gəlir əldə edib - Gəlirdə azalma

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment