Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Azərkosmos" ixracdan 4 milyon dollar gəlir əldə edib - Gəlirdə azalma

    6 hours ago

    2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZƏRKOSMOS) tərəfindən 4 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edilib.  Valyuta.az xəbər verir ki, bu ixrac dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkət üçün həyata keçirilib. “Azərkomos”un xidmətin ixracından əldə etdiyi gəliri ümumi gəlirlərin 65%-ni təşkil edib. Məlumata görə, 2025-ci ilin mart ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,3 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edib. Belə ki, telekommunikasiya xidmətləri əsas 5 ölkəyə ixrac olunub. Bu ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Misir və Pakistan yer alıb.  Belə ki, Birləşmiş Krallıq üzrə telekommunikasiya ixracı 1 milyon ABŞ dolları təşkil edib. İkinci yerdə 890,3 min ABŞ dolları ilə Lüksemburq qərarlaşıb. Üçüncü yerdə qərarlaşan Nigeriya üzrə ixracın gəlir göstəricisi 213,4 min ABŞ dollları olub. Dördüncü yerdə 179 min ABŞ dolları ilə Misir qərarlaşıb. Sonuncu, 5-ci yerdə isə 174 min ABŞ dolları ilə Pakistan gəlib.   Xatırladaq ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 47 ölkəsinə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2024-cü ilin mart ayında isə “Azərkosmos” dünyanın 43 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu da onu deməyə əsas verir ki, 2025-ci ilin yanvar-mart aylarında "Azərkosmos"un xidmət ixracı 700 min dollar azalaraq 4 milyon dollara düşüb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% azalma deməkdir. 2024-cü ilin mart ayında 1,7 milyon dollarlıq xidmət ixrac olunmuşdusa, 2025-ci ilin martında bu rəqəm 1,3 milyon dollara enib. Nəticədə mart ayında ixracda 400 min dollar və ya 23,5% azalma qeydə alınıb. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Qeyri-neft ixracından ölkəyə ən çox gəlir gətirən şirkətlər – Siyahı
    Next Article
    18 şəhərlərarası avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment