Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    18 şəhərlərarası avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI

    14 hours ago

    Azərbaycanda 18 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır. Valyuta.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir Məlumata görə, Bakı-Gədəbəy, Bakı-Lənkəran, Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Cəlilabad, Bakı-Qəbələ, Bakı-Sabirabad, Bakı-Ağdaş, Bakı-Siyəzən, Sumqayıt-Kürdəmir, Gəncə-Zaqatala, Bərdə-İsmayıllı, Şəki-Oğuz, Mingəçevir-Ağcabədi, Mingəçevir-Şəki, Mingəçevir-Göyçay, Qazax-Şəki, Balakən-Zaqatala şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir. Sənədlər 29 may saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək. Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gədəbəy, Bakı-Lənkəran, Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Cəlilabad istiqamətlərində 6 Lot üzrə iyunun 13-də, Bakı-Qəbələ, Bakı-Sabirabad, Bakı-Ağdaş, Bakı-Siyəzən, Sumqayıt-Kürdəmir və Gəncə-Zaqatala istiqamətlərində 6 Lot üzrə iyunun 17-də, Bərdə-İsmayıllı, Şəki-Oğuz, Mingəçevir-Ağcabədi, Mingəçevir-Şəki və Mingəçevir-Göyçay istiqamətlərində 5 Lot üzrə iyunun 20-də, Qazax-Şəki və Balakən-Zaqatala istiqamətlərində 5 Lot üzrə iyunun 24-də baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz. Şəhərlərarası (rayonlararası) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
    Click here to Read more
    Prev Article
    "Azərkosmos" ixracdan 4 milyon dollar gəlir əldə edib - Gəlirdə azalma
    Next Article
    "Bolt"un sürücüsü müştərinin kartından 684 manat oğurlayıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment