Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda mehmanxanalar gəlirlərini 12,1% artırıb

    3 days ago

    2025-ci ilin yanvar-mart aylarında mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1% artaraq 125,1 milyon manata çatıb. Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, gəlirlərin böyük bir hissəsi, yəni 58,6%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən əldə edilib. İctimai iaşə xidmətləri 28%, müalicə və sağlamlıq xidmətləri isə 3,1% paya malik olub. Digər xidmətlərin göstərilməsi isə gəlirlərin 10,3%-ni təşkil edib. 2025-ci ilin yanvar-mart aylarında mehmanxanalarda keçirilən gecələmələrin sayı 2024-cü ilin analoji dövrü ilə müqayisədə 11,4% artaraq 868,3 min olub. Gecələmələrin ümumi sayının 58,2%-i Bakıda qeydə alınıb. Digər bölgələr arasında Qusarda 10%, Qəbələdə 5,4%, Şabranda 4,8%, Naftalanda 4,3%, Qubada 3,1%, Lənkəranda 2,6%, Şamaxıda 1,5%, Ağdamda və Naxçıvan Muxtar Respublikasında hər biri 1%, Şuşada isə 1% qeydə alınıb. Ümumilikdə, 7,1% digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınan gecələmələrə aiddir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycanda mehmanxanalarda istifadə səviyyəsi 19,3%-ə çatıb
    Next Article
    Təbii sərvətlərin idarəsində yeni mərhələ: Monitorinq nəticələri təqdim edilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment