Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda mehmanxanalarda istifadə səviyyəsi 19,3%-ə çatıb

    3 days ago

    2025-ci ilin yanvar-mart aylarında mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3% təşkil edib. Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz bəndi artıb (2024-cü ildə bu göstərici 17,8% olub). Ən yüksək istifadə səviyyəsi Şabranda 68,2%, Qusarda 43,5% və Naftalanda 31,2% qeydə alınıb. Bakıda isə bu göstərici 28,0% olub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 11,9% artaraq 484,9 min olub ki, bu da ümumi gecələmələrin 55,8%-ni təşkil edir. Əcnəbi turistlərin ən çox gəldiyi ölkələr arasında Hindistan (21,8%), Rusiya (14,3%), Türkiyə (8,8%), və Birləşmiş Ərəb Əmirlikləri (6,3%) yer alıb. Bu gecələmələrin 77,5%-i Bakıda, 12,7%-i Qusarda və 3,5%-i Naftalanda qeydə alınıb. Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8% artaraq 383,4 min olub. Bu, ümumi gecələmələrin 44,2%-ni təşkil edir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Yaşıl iqtisadiyyat böyüyür: 2030-a qədər 4 trilyon dollarlıq bazar gözlənilir
    Next Article
    Azərbaycanda mehmanxanalar gəlirlərini 12,1% artırıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment